19 yaşlı hücumçu “Real”la “Arsenal”ın hədəfindədir

00:10 Almaniya 75
19 yaşlı hücumçu “Real”la “Arsenal”ın hədəfindədir

Avropanın aparıcı klubları Leverkuzen “Bayer”inin hücumçusu Kristian Kofanla maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə, “Arsenal” kamerunlu forvardı yaxından izləyir.

19 yaşlı futbolçu London klubuna qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindəki oyunlarda (1:1, 2:0) göstərdiyi performansla diqqət çəkib.

Bununla yanaşı, “Real” da Kofanın çıxışını izləyən klublar sırasındadır. İngiltərənin digər top-klublarının da onunla maraqlandığı bildirilir.

“Bayer” rəhbərliyi yay transfer dövründə mümkün satış üçün futbolçuya 60-70 milyon avro qiymət qoyub.

O, cari mövsümdə Bundesliqada 24 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida