“Klub rəsmiləri onun haqda yayılan şayiələrə gülümsəyir., başqa deyəcək sözüm yoxdur”

31 Mart 10:20 Almaniya 707
“Klub rəsmiləri onun haqda yayılan şayiələrə gülümsəyir., başqa deyəcək sözüm yoxdur”

“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge, komandanın yarımmüdafiəçisi Maykl Olisenin potensial transferi ilə bağlı şərh verib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, o, klub rəsmilərinin Olise haqqında yayılan şayiələrə gülümsədiyini bildirib:

“Klub rəsmiləri Olise haqqında yayılan şayiələrə gülümsəyir. Bu, sadəcə media sirkindən başqa bir şey deyil.

Mayklın hazırkı müqaviləsinin müddətinin bitməsinə hələ üç il qalıb. Başqa deyəcək sözüm yoxdur. Belə oyunçular stadionları doldurur”.

Fransalı futbolçu bu mövsüm Münhen təmsilçisində 38 oyun keçirib, 16 qol vurub və 25 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!