“Leyptsiq” rəhbərliyinin qarşıdan gələn transfer dövründə vinger Yan Diomandeni satmaq planı yoxdur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu 19 yaşlı futbolçunun ən azı 2026/27 mövsümünün sonuna qədər komandada qalmasını istəyir. Klub onu daha sonra 100 milyon avroya satmağa hazırdır.
Hazırda “Liverpul”, PSJ, “Bayern”, “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” futbolçunu yaxından izləyir.
Diomande bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

