Növbəti baş məşqçisini seçdi - Almaniyanın tanınmış klubu

00:10 Almaniya 73
Növbəti baş məşqçisini seçdi - Almaniyanın tanınmış klubu

Leverkuzen “Bayer”inin rəhbərliyi “Brayton”un baş məşqçisi Fabian Hürzelerlə yaxından maraqlanır.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Kasper Hülmannın gedəcəyi təqdirdə, Leverkuzen klubu almaniyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür.

33 yaşlı çalışdırıcı 2024-cü ilin yayından “Brayton”a rəhbərlik edir. O, əvvəllər Almaniya millisinin və Almaniyanın “Sankt-Pauli” klubunun gənclər komandalarında çalışıb.

“Bayer” Bundesliqada keçirdiyi 27 oyundan sonra 46 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti