Almaniyanın Regionalliqasında çıxış edən “Offenbax”da növbəti dəfə baş məşqçi istefası reallaşıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Kristiyan Qlibo vəzifəsindən uzaqlaşdırılıb.
Buna səbəb komandanın bu mövsüm uğursuz nəticələr göstərməsidir.
Halbuki Qlibo mövsümün əvvəlində baş məşqçi təyin olunanda qarşısına III Bundesliqaya vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. O isə bunun üçün heyətin dəyişdirilməsini tələb etmişdi.
Ötən ilin yayında Qlibonun sərəncamında ən çox görmək istəmədiyi futbolçu isə Azərbaycan millisinin sabiq üzvü Dimitri Nazarov olub.
Almaniya mətbuatı 35 yaşlı yarımmüdafiəçi ilə müqavilənin yenilənməməsini klubun ən böyük səhvi kimi göstərib.
Məhz bu yanlış qərarların “Offenbax”ın hazırda turnir cədvəlinin son sıralarında qərarlaşmasında böyük rol oynadığı bildirilir.
Dimitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qola imza atıb.

