“İnter” Dortmund “Borussiya”sı və Almaniya millisinin yarımmüdafiəçisi Yulian Brandtı heyətinə qatmaqda maraqlıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu cari mövsümün sonunda “Borussiya”nı tərk edəcək və azad agent statusu alacaq.
Milan təmsilçisi isə bu vəziyyətdən istifadə edərək, onu pulsuz transfer etməyi planlaşdırır.
Almaniyalı 2019-cu ilin yayından Dortmund təmsilçisinin heyətində çıxış edir. O, cari mövsümdə Bundesliqada 20 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

