39 yaşlı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır

00:20 Almaniya 78
39 yaşlı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır

Almaniyanın 2-ci Bundesliqasında çıxış edən və elitaya qayıtmağa çalışan “Şalke” hücumçusu Edin Dzekoya yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport Bild” nəşri məlumat yayıb.

Qış fasiləsində Almaniyaya qayıdan 39 yaşlı forvard klubla müddəti 6 ay olan müqavilə imzalamışdı. O, qısa müddətdə əla performans göstərərək, 2-ci Bundesliqada keçirdiyi 6 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Şalke” hazırda turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisini 1 xal qabaqlayır.

Klub rəhbərliyi bosniya və herseqovinalı futbolçuya daha bir illik sözləşmə təklif etməyə hazırdır. Ancaq Dzeko hələlik karyerasını davam etdirib-etdirməmək barədə yekun qərar verməyib.

Edin Dzeko karyerası ərzində “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter” və “Fənərbaxça” kimi klubların formasını geyinib.

Bosniya və Herseqovina millisinin heyətində 146 oyuna çıxan futbolçu 72 qola imza atıb və ölkəsinin futbol tarixində ən məhsuldar oyunçulardan biri hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti