Milliyə qayıtma ehtimalından danışdı: “O, təqaüdə çıxıb”

18:20 Almaniya 89
Milliyə qayıtma ehtimalından danışdı: “O, təqaüdə çıxıb”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann, “Bayern”in qapıçısı Manuel Noyerin yığmaya qayıtmaq ehtimalı ilə bağlı danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə bildirmişəm və Noyer özü də fikrini açıq şəkildə çatdırıb. O, milli komandadan təqaüdə çıxıb.

Düşünürəm ki, o, hələ də “Bayern”də əla iş görür, amma Oliver Bauman adlı başqa bir əla qapıçımız var.

O, eyni səviyyədə performans göstərməyə davam edərsə, onunla əla dünya çempionatı olacaq”.

Noyer 2024-cü ildən bəri Almaniya millisində forma geyinmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti