“Real” “qırmızı şeytanlar”ın potensial transferinə mane ola bilər.

10:00 Almaniya 77
“Real” “qırmızı şeytanlar”ın potensial transferinə mane ola bilər.

“Mançester Yunayted” “Ştutqart”ın yarımmüdafiəçisi Andres Çemanın oyunundan təsirlənib.

Lakin ötən yay oyunçunu Almaniya klubuna satan “Real” “qırmızı şeytanlar”ın potensial transferinə mane ola bilər.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “kral klubu” öz akademiyasının məzunlarını geri qaytarmağı düşünür.

Məlumata görə, “Real”ın Andresi 11,4 milyon avroya geri almaq seçimi var. Madrid klubu bu variantı yayda aktivləşdirə bilər.

Yarımmüdafiəçinin oyun keyfiyyətlərinin “Mançester Siti”nin oyunçusu Rodri və “Barselona”nın keçmiş üzvü Serxio Busketslə oxşar olduğu vurğulanır.

Çema bu mövsüm bütün yarışlarda 29 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında