Almaniya Bundesliqasında 23-cü turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki,lider "Bavariya" doğma meydanda "Ayntraxt"ı qəbul edib.
Qarşılaşma Münhen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 60-a yüksəldən "Bavariya" liderliyini davam etdirir. 31 xalı olan "Ayntraxt" isə 7-ci yerdədir.
"Bavariya" - "Ayntraxt" 3:2
Qollar: Aleksandar Pavloviç, 16, Harri Keyn, 20, 68 - Yonatan Burkadt, 77 (pen), Arno Kalumuendo, 86

