“Bayern”in müdafiəçisi Kim Min Jae karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Tottenhem” 29 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
“Çelsi” müdafiənin mərkəzini gücləndirmək istəyir. “Tottenhem”ə gəlincə, yayda gələcəyi ehtimal olunan yeni baş məşqçidən çox şey asılı olacaq.
Kim Min Jae bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”ın qiymətləndirməsinə görə, cənubi koreyalı futbolçunun dəyəri 25 milyon avrodur.

