Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann, qapıçı Mark-Andre ter Ştegenin 2026-cı il dünya çempionatında iştirak etmək şansı barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun sağalması üçün uzun müddət lazım olacağını deyib:
“Ter Ştegen üçün “qapı”nı bağlamıram. Amma onun kifayət qədər ciddi zədəsi var.
Onun sağalması üçün uzun müddət lazım olacaq. Hazırda vaxt çox məhduddur, ona görə də, bunu nəzərə almalıyıq”.
Ter Ştegen 2025/2026 mövsümünün ilk hissəsini “Barselona”da keçirib. 33 yaşlı qolkiper bu qış icarə əsasında “Jirona”ya keçib.

