Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Bayern”in maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçuyla Almaniya nəhəngindən başqa, Avropanın bir neçə digər klubu da maraqlanır.
Osimhen karyerası ərzində “Volfsburq”, “Lill” və “Napoli” kimi klublarda oynayıb. 27 yaşlı forvard bu mövsüm bütün klub yarışlarında 22 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

