“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska müqaviləsinin müddəti bitdikdən sonra İngiltərə Premyer Liqasında oynamaq niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Arsenal”a keçmək istəyir.
London təmsilçisi əvvəllər ona maraq göstərdiyini açıqlamışdı.
Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada 18 oyunda iştirak edib və 1 qol vurub. O, “Bayern”də 2018-ci ilin yayından etibarən çıxış edir. Onun müqaviləsinin müddəti bu ilin iyunun sonunda başa çatacaq.

