Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbek klubu ilə müqaviləsinin müddətini uzada bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yeni müqaviləyə imza atacağı təqdirdə, illik təxminən 14 milyon avro maaş alacaq.
Həmçinin, anlaşmaya 50–60 milyon avro məbləğində sərbəstqalma maddəsinin daxil ediləcəyi bildirilir.
Hazırda Şlotterbekin qarşısında iki seçim var: "Borussiya" ilə müqavilənin müddətini uzatmaq və ya, yay transfer pəncərəsində "Real"a keçmək. Bildirilir ki, futbolçu yekun qərarını martda olacaq beynəlxalq fasilə zamanı verəcək.
Almaniyalı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

