“Bayern”in idman direktoru Maks Eberl komandanın hücumçusu Harri Keynin müqaviləsinin müddətinin uzadılması ehtimalını qiymətləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçuyla sıx əlaqədə olduqlarını söyləyib:
“Biz əlaqə saxlayırıq, amma bu, danışıqların artıq başladığı anlamına gəlmir. Keynlə mən intensiv dialoqdayıq və sonra növbəti addımların vaxtıdır.
Kiminsə Keyn üçün transfer təklifi hazırladığı barədə şayiələrə münasibət bildirə bilmərəm. Sadəcə, deyə bilərəm ki, onunla sıx əlaqədəyik”.
32 yaşlı forvardın Münhen klubuyla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm Bundesliqada bütün yarışlarda 21 oyunda 24 qol vurub və 5 məhsuldar ötürmə edib.

