Seneqallı hücumçunu geri göndərəcək - Almaniyanın məşhur klubu

10 Fevral 00:20 Almaniya 532
Seneqallı hücumçunu geri göndərəcək - Almaniyanın məşhur klubu

“Bayern”in hücumçusu Nikolas Cekson mövsüm başa çatdıqdan sonra “Çelsi”yə geri dönəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

24 yaşlı futbolçu oyunuyla “Bayern” rəhbərliyini tam şəkildə razı sala bilməyib. Münhen təmsilçisi bu səbəbdən, onu icarə müddəti bitdikdən sonra birdəfəlik transfer etməyi planlaşdırmır.

Klub artıq yeni hücumçu axtarışlarına başlayıb. Məqsəd əsas forvard Harri Keyni vaxtaşırı əvəzləyə biləcək futbolçu tapmaqdır.

“Bayern” seneqallı futbolçunu ötən ilin sentyabrında icarəyə götürmüşdü. O, bu müddətdə komandanın heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti