Premyer Liqa klubuna keçə bilər - “Bayern”in yarımmüdafiəçisi

18:20 Almaniya 61
Premyer Liqa klubuna keçə bilər - “Bayern”in yarımmüdafiəçisi

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda azad agent statusu alacaq və karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətinə “Arsenal” maraq göstərir.

Qoretska bildirib ki, güclü və fiziki oyun tərzi ilə seçilən İngiltərə futbolu ona uyğun gələcək. O, mövsümü “Bayern”də tamamlayacaq və daha sonra İngiltərəyə yollanmağı planlaşdırır.

30 yaşlı futbolçu cari mövsümdə 28 matçda iştirak edib, 1 qol vurub. Onun Münhen klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir. Futbolçu 2018-ci ildən “Bayern”də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti