Onu müqavilənin uzatmağa razı salmağa çalışırlar, ancaq...

15:40 Almaniya 61
Onu müqavilənin uzatmağa razı salmağa çalışırlar, ancaq...

“Bayern” müdafiəçisi Dayot Upamekano ilə bağlı mövqeyini qəti şəkildə müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçuya təklif olunan yeni müqavilə hələ də onun tərəfindən qəbul edilməyib.

Upamekanonun hazırkı sözləşməsinin müddəti mövsümün sonunda – yarım ildən sonra başa çatacaq. Klub rəhbərliyi artıq uzun müddətdir ki, onu müqavilənin müddətini uzatmağa razı salmağa çalışır.

Ancaq “Bayern” mövcud təklifi yaxşılaşdırmaq niyyətində deyil. Klubun mövqeyi aydındır: Upamekano ya indiki şərtlərlə razılaşacaq, ya da yayda azad agent kimi komandadan ayrılacaq.

27 yaşlı futbolçu üçün rəsmi son tarix müəyyən edilməsə də, Münhen təmsilçisi onun qərarını mümkün qədər tez bilmək istəyir. Məqsəd isə növbəti mövsüm üçün heyətin formalaşdırılmasına vaxtında başlamaqdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti