Baş məşqçidən sonra köməkçiləri ilə də yolları ayırdılar - RƏSMİ

01:20 Almaniya 102
Baş məşqçidən sonra köməkçiləri ilə də yolları ayırdılar - RƏSMİ

"Ayntraxt" baş məşqçisi Dino Toppmöller ilə yollarını ayırdıqdan sonra köməkçi məşqçilərlə də vidalaşıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, texniki heyətdə yer alan bir neçə mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma əsasında dayandırılıb.

Belə ki, Frankfurt klubu köməkçi məşqçilər Stefan Buk, Nelson da Silva Morqado və Xaver Zembrodla yollarını ayırıb. Digər köməkçi məşqçi Yan Fisser isə komandada fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Buk və Morqado kluba 2023-cü ildə, Zembrod isə 2024-cü ildə qoşulmuşdu.

Onlar sabiq baş məşqçi Dino Topmöllerlə birlikdə çalışaraq ötən mövsüm komandanı Bundesliqada 3-cü pilləyə və UEFA Avropa Liqasının 1/4 finalına daşıyıblar.

Çempionlar Liqasında "Qarabağ"ın növbəti rəqibi olan "Ayntraxt"ı Bakı səfərində müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Dennis Şmitt meydana çıxaracaq.

Matç yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR