Almaniya klubunu “Qarabağ”la oyuna çıxaracaq baş məşqçi bilindi

19 Yanvar 09:40 Almaniya 1 433
Almaniya klubunu “Qarabağ”la oyuna çıxaracaq baş məşqçi bilindi

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi olan “Ayntraxt Frankfurt”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.

O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.

Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.

“Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM