“Qarabağ”la oyuna qədər baş məşqçisini qova bilər - “Ayntraxt”

18 Yanvar 02:20 Almaniya 48
“Qarabağ”la oyuna qədər baş məşqçisini qova bilər - “Ayntraxt”

“Ayntraxt Frankfurt” Çempionlar Liqasında “Qarabağ”la oyuna qədər baş məşqçi Dino Toppmellerlə yollarını ayıra bilər.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Frankfurt klubunun Almaniya Bundesliqasının XVIII turunda “Verder Bremen”lə səfərdə 3:3 hesablı heç-heçə etməsidir.

Klub rəhbərliyi “Ayntraxt”ın 2026-cı ilin çempionatında cəmi iki xal toplamasını və üç oyunda doqquz qol buraxmasını Çempionlar Liqası səviyyəsində bir klub üçün qəbuledilməz hesab edir.

Toppmöllerin rəhbərlik etdiyi “Ayntraxt Frankfurt” hazırda Bundesliqanın 7-ci pilləsində qərarlaşıb.

Almaniya təmsilçisi Çempionlar Liqasının VII turunda, yanvarın 21-də Bakıda “Qarabağ”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi