"Qarabağ"la oyunu gözləmədilər, baş məşqçini istefaya göndərdilər

00:30 Almaniya 77
"Qarabağ"la oyunu gözləmədilər, baş məşqçini istefaya göndərdilər

"Ayntraxt" baş məşqçisi ilə bağlı gözlənilən radikal qərarı verib.

Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb.

Bu barədə klub rəsmi məlumat yayıb.

Klub rəhbərliyi 2028-ci ilə qədər müqaviləsi qüvvədə olan 45 yaşlı mütəxəssislə işbirliyinə xitam verib.

Klubun idman direktoru Markus Kröşe qərarın son həftələrdəki, xüsusilə yeni ilin ilk üç oyunundakı uğursuz nəticələrin və hərtərəfli analizin nəticəsi olduğunu bildirib:

"Biz son həftələrdəki geriləmə səbəbindən yeni idman impulsuna ehtiyacımız olduğu qənaətinə gəldik. Təəssüf ki, bu mövsüm "Ayntraxt"ın dinamik, aqressiv və kompakt futbol standartlarına kifayət qədər cavab verə bilmədik".

Məlumata görə, Frankfurt təmsilçisinin bu mövsüm ən böyük problemi müdafiə xətti olub. Komanda 18 liqa oyununda 39 qol buraxıb ki, bu da Bundesliqada hazırkı ən pis göstəricidir.

Toppmöller qərarı hörmətlə qarşıladığını, lakin komanda ilə işləməyə davam etmək istədiyini bildirib.

Komanda müvəqqəti olaraq U-21-in baş məşqçisi Dennis Şmitt və U-19-un çalışdırıcısı Aleksandr Mayerə tapşırılıb. Əsas səlahiyyət Şmittdə olacaq.

Bu isə o deməkdir ki, 21 yanvarda Çempionlar Liqası çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Ayntraxt" qarşılaşmasında almanları meydana yeni məşqçi çıxaracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi