“Qarabağ”la oyundan öncə 3 qol vurdu, xal itirdi - “Ayntraxt”

02:50 Almaniya 106
“Qarabağ”la oyundan öncə 3 qol vurdu, xal itirdi - “Ayntraxt”

Almaniya Bundesliqasında 18-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında “Verder” öz meydanında Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Ayntraxt”ı qəbul edib.

6 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb.

Bu nəticədən sonra xallarının sayını 27-ə çatdıran “Ayntraxt” 7-ci pillədə qərarlaşıb. “Verder” isə 18 xalla 12-cidir.

“Ayntraxt” növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 21:45-də start götürəcək.

“Verder” - “Ayntraxt” 3:3
Qollar:
Kalimuendo, 1 (0:1), Njinmah, 29 (1:1), Kollins, 56 (1:2), Stage, 78 (2:2), Miloşeviç, 81 (3:2), Knauff, 90+5 (3:3)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?