"Bu xəbər məni çox təəccübləndirdi" - Onun qovulmasını “dəlilik” adlandırdı

18:20 Almaniya 152
"Bu xəbər məni çox təəccübləndirdi" - Onun qovulmasını “dəlilik” adlandırdı

“Bayern”in idman direktoru Kristof Freund baş məşqçi Xabi Alonsonun “Real”dan göndərilməsi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərə təəccübləndiyini söyləyib:

“Bu xəbər məni çox təəccübləndirdi. Alonso müstəsna məşqçidir, o, “Bayer”də (Leverkuzen) əla iş gördü.

“Real”da baş verənlər barədə heç bir məlumatım yoxdur, ona görə də, bunu mühakimə etmək mənim işim deyil.

Amma onun baş məşqçi təyinatından nə qədər az vaxt keçdiyini nəzərə alsaq, bu, dəlilik kimi görünür. Bəzən futbol biznesində işlər çox tez dəyişir”.

“Real” İspaniya superkubokunun finalında “Barselona”ya məğlub olduqdan (2:3) bir gün sonra ispaniyalı məşqçinin istefasını elan edib. Alvaro Arbeloa Madrid klubunun yeni baş məşqçisi təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti