"Qarabağ" şad oldu - Almaniya millisinin hücumçusu Bakıya gəlməyəcək

15 Yanvar 11:20 Almaniya 2 416
"Qarabağ" şad oldu - Almaniya millisinin hücumçusu Bakıya gəlməyəcək

"Ayntraxt" Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Qarabağ"la oyununa ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, hücumçu Conatan Burkardt vacib matçda komandaya kömək edə bilməyəcək.

Almaniya millisinin üzvü hazırda zədəlidir. 25 yaşlı forvard fevral ayının əvvəllərində yaşıl meydanlara qayıda biləcək.

Conatan Burkardt bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" - "Ayntraxt" qarşılaşması 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

6 turdan sonra Azərbaycan təmsilçisi 7 xal toplayıb. Almaniya klubunun aktivində isə 4 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar