Balaca qardaşların ikisinə də sahib olmaq istəyir - Almaniya nəhəmgi

10:40 Almaniya 272
Balaca qardaşların ikisinə də sahib olmaq istəyir - Almaniya nəhəmgi

“Bayern” Almaniya futbolunun perspektivli yeniyetmələrindən olan Vinsent Karlla maraqlanır.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, 14 yaşlı yarımmüdafiəçi Frankfurt “Ayntraxt”ının akademiyasında çıxış edir və hazırda yaş kateqoriyasında ən istedadlı futbolçulardan biri hesab olunur.

O, “Bayern”in futbolçusu Lennart Karlın qardaşıdır.

Daha əvvəl Münhen klubunun 17 yaşlı Lennart Karlla müqavilənin müddətini 2031-ci ilə qədər uzatmağı planlaşdırdığı bildirilmişdi.

Yeni anlaşmaya əsasən, oyunçunun illik maaşının 5–7 milyon avroya yüksəldilməsi nəzərdə tutulur. O, hazırda ildə 1–2 milyon avro qazanır.

Karlın müqaviləsinin müddəti fevralın 22-də, 18 yaşı tamam olduqdan sonra avtomatik olaraq 2029-cu ilə qədər uzadılacaq.

O, cari mövsümdə “Bayern”in əsas komandasında debüt edib, bütün turnirlərdə 21 oyunda meydana çıxaraq, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol