Transfer söz-söhbətlərinə aydınlıq gətirdi: “Ağlıma belə gəlməyib ki...”

10 Yanvar 10:00 Almaniya 147
Transfer söz-söhbətlərinə aydınlıq gətirdi: “Ağlıma belə gəlməyib ki...”

“Bayern”in müdafiəçisi Kim Min Jae Münhen klubunu qış transfer pəncərəsində tərk edə biləcəyi barədə yayılan şayiələrə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı futbolçu “Schwabische Zeitung” nəşrinə verdiyi açıqlamada belə bir fikrin ağlına belə, gəlmədiyini deyib.

O, Münhendə özünü rahat hiss etdiyini və keçidindən bəri komandada isti qarşılandığını söyləyib.

Kim Min Jae builki məqsədinin “Bayern”lə trebl qazanmaq, əsas heyətdə yerini möhkəmləndirmək və hər zaman oyunlara hazır olmaq olduğunu bildirib.

29 yaşlı futbolçu 2023-cü ilin yayında 50 milyon avro qarşılığında “Napoli”dən “Bayern”ə transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Futbolçu cari mövsümdə 17 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar