19 yaşlı hücumçunu icarəyə verdilər - 1,5 milyon avroya başa gəldi

6 Yanvar 00:20 Almaniya 1 096
19 yaşlı hücumçunu icarəyə verdilər - 1,5 milyon avroya başa gəldi

“Hoffenhaym” Bundesliqanın digər təmsilçisi “Borussiya”nın (Dortmund) hücumçusu Koul Kempbelli icarəyə götürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Hoffenhaym”ın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı amerikalı futbolçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonuna qədərdir.

“Transfermarkt” portalı bu keçidin “Hoffenhaym”a 1,5 milyon avroya başa gəldiyi qənaətindədir.

Kempbell “Borussiya”nın gənclərdən ibarət komandasında 35 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə edib. O, həmçinin, əsas komandada 7 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM