“Qarabağ”ın gözü onlarda - Daha bir hücumçu aldılar

5 Yanvar 02:10 Almaniya 763
“Qarabağ”ın gözü onlarda - Daha bir hücumçu aldılar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.

Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Frankfurt təmsilçisi bir neçə gün əvvəl “Elversberq”dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib.

“Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar