Fransalı hücumçu ilə anlaşdılar - "Qarabağ"ın nəzərinə!

4 Yanvar 15:40 Almaniya 1 595
Fransalı hücumçu ilə anlaşdılar - "Qarabağ"ın nəzərinə!

"Nottingem Forest"in hücumçusu Arno Kalimuendo karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Ayntraxt" fransalının keçidini həll edib.

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Kalimuendo icarə əsasında Frankfurt təmsilçisinə qoşulacaq. Klublar arasında anlaşmada satınalma bəndi də yer alıb.

"Nottingem Forest" Arno Kalimuendonu mövsümün əvvəlində "Renn"dən 30 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub.

"Ayntraxt" Çempionlar Liqasının Liqa mərhələsində"Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 21 yanvar tarixində Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar