“Bayern”in sabiq müdafiəçisi Lotar Matteus komandanın hücumçusu Harri Keynin bu mövsümdəki oyununu yüksək qiymətləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövsüm Bundesliqada 15 oyunda 19 qol vuran Keynin hazırda liqanın ən yaxşı oyunçusu olduğunu bildirib:
“Mənim fikrimcə, Bundesliqanın bu mövsüm ən yaxşı oyunçusu Harri Keynidir. O, sadəcə bombardir yarışında 19 qolla lider deyil, meydanda və kənarda göstərdiyi davranış tamamilə fərqlidir.
Onu Robert Levandovskini (“Bayern”in sabiq futbolçusu) əvəz etmək üçün çağırmışdılar, amma Keyn komanda üçün bombardirdən daha çox şey ifadə edir.
O, komandaya töhfə verir, həvəslə çalışır və başqalarını ruhlandırır. Hamı ümid edir ki, o, uzun müddət “Bayern”də qalacaq.
Ondan böyük gözləntilər var idi, amma Keyn bütün gözləntiləri üstələdi”.

