“Bayern” qış transfer pəncərəsində müdafiəçisi Saşa Boyenin satışını nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu fransalı futbolçunun transferi üçün azı 20 milyon avro tələb edir.
Boye ona edilən bir sıra təklifləri geri çevirib və yalnız perspektivli, iddialı bir kluba keçmək niyyətindədir.
“Kristal Pelas” onunla maraqlansa da, tərəflər arasında hələlik heç bir razılaşma yoxdur və rəsmi danışıqlara başlanılmayıb. Bundan əlavə, onun keçmiş klubu “Qalatasaray” da vəziyyəti diqqətlə izləyir.
“Bayern” Saşa Boye ilə bağlı müxtəlif variantları dəyərləndirir. Klub onun satınalma öhdəliyi ilə icarəyə verilməsi ehtimalını da istisna etmir.
25 yaşlı futbolçu 2024-cü ilin yanvarından “Bayern”in formasını geyinir. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

