“Bayern”in müdafiəçisi Dayo Upamekano birbaşa “Liverpul”a təklif edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə TZ məlumat yayıb.
Fransalı futbolçu Münhen klubunda çətin vəziyyətdədir. Yeni müqavilə ilə o, illik 18 milyon avro qazanmaq istəyir.
Həmçinin Upamekano müqaviləyə 65 milyon avroluq çıxış şərti daxil edilməsini də tələb edir. “Bayern” hazırda bu maliyyə tələblərinin heç birini yerinə yetirməyə hazır deyil.
27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub. Onun “Bayern”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq.
“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

