Daha iki top-klubun maraq dairəsinə düşdü - “Bayern”in müdafiəçisi

14 Dekabr 2025 21:15 Almaniya 793
Daha iki top-klubun maraq dairəsinə düşdü - “Bayern”in müdafiəçisi

"Bayern"in müdafiəçisi Dayot Upamekano daha iki top-klubun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə maraqlanan klubların siyahısına İngiltərə Premyer Liqasının top-klubları – "Mançester Siti" və "Çelsi" də qoşulub.

Premyer Liqa təmsilçiləri artıq 27 yaşlı müdafiəçinin transferi üzərində işləməyə başlayıblar. Upamekano mövsümün sonunda, müqaviləsinin müddəti başa çatdıqdan sonra "Bayern"dən azad agent kimi ayrıla bilər.

Daha əvvəl Upamekano uğrunda mübarizədə favoritlər kimi "Real" və PSJ göstərilirdi. Həmçinin, "Liverpul"un da onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.

Buna baxmayaraq, Münhen klubunun rəhbərliyi Upamekanonu müqavilənin müddətini uzatmağa razı salmaq niyyətindən hələ də əl çəkməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti