19 yaşlı vinger böyük marağa səbəb oldu - Premyer Liqası klubları arasında

00:20 Almaniya 86
19 yaşlı vinger böyük marağa səbəb oldu - Premyer Liqası klubları arasında

“Leyptsiq”in futbolçusu Yan Diomande İngiltərə Premyer Liqası klubları arasında böyük marağa səbəb olub.

19 yaşlı vinger “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, “Çelsi” və Premyer Liqanın digər aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şayiələrə baxmayaraq, hazırda iddiaçılardan heç biri Fil Dişi Sahilindən olan oyunçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə etməyib.

Diomandenin “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir və sözləşmədə sərbəstqalma maddəsi yer almır.

Onun transferi 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra reallaşa bilər. Ancaq “Leyptsiq” bu keçid üçün çox yüksək məbləğ tələb etməyi planlaşdırır.

Mənbələrin məlumatına görə, tələb olunan məbləğ 100 milyon avrodan artıq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu