“Salah həmişə ən yaxşı oyunçu, ən yaxşı insan olmaq üçün çalışırdı”

01:30 Almaniya 63
“Salah həmişə ən yaxşı oyunçu, ən yaxşı insan olmaq üçün çalışırdı”

“Bayern”də çıxış edən “Liverpul”un sabiq hücumçusu Luis Dias keçmiş komanda yoldaşı Məhəmməd Salahla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu, Salahın həmişə ən yaxşı oyunçu olmaq üçün çalışdığını bildirib:

“Salah məni “Liverpul”da qəbul edən ilk oyunçulardan biri idi və bunu inanılmaz şəkildə etdi.

O həmişə ən yaxşı oyunçu, ən yaxşı insan olmaq üçün çalışırdı. Mənim üzərimdə böyük təsiri var”.

Salah daha əvvəl klub və baş məşqçi Arne Slot barədə sərt açıqlama verərək, oyun praktikasının azlığından şikayət etdiyi üçün “Liverpul”un heyətindən çıxarılıb.

33 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!