“Bayern”in müdafiəçisi Saşa Boye qış transfer pəncərəsində komandadan ayrılmağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar bir çox klub sağ cinah müdafiəçisi axtarır və diqqətlərini 25 yaşlı futbolçuya yönəldiblər.
Xüsusilə, “Kristal Pelas” (İngiltərə) Boye ilə yaxından maraqlanır.
Fransalı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Daha əvvəl də bildirilmişdi ki, Münhen təmsilçisi yanvarda Boyeni satmağa hazırdır.

