“Bayern”in müdafiəçisi Dayot Upamekanonun klubunda qalmaq ehtimalı artıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.
Fransalı futbolçunun nümayəndələri klub rəhbərliyinə öz tələblərini təqdim ediblər.
Bildirilir ki, Upamekano yeni müqavilə üçün bonus tələb edir. O, karyerasını “Bayern”də davam etdirməyə hazırdır, ancaq yalnız öz şərtləri qəbul olunduğu halda. İndi qərar klub rəhbərliyinə məxsusdur:
ya müdafiəçinin tələbləri qəbul ediləcək, ya da, o, mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq.
27 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 20 oyun keçirib və 1 qol vurub.

