Gələn mövsüm “Bayern”də qalması real görünmür - Bu səbəbdən

6 Dekabr 2025 00:20 Almaniya 848
Gələn mövsüm “Bayern”də qalması real görünmür - Bu səbəbdən

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanın növbəti mövsümdə Münhen klubunu tərk etməsi böyük ehtimal kimi qiymətləndirilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Münhen klubu və almaniyalı futbolçu arasında hazırda müqavilənin müddətinin uzadılması ilə bağlı heç bir danışıqlar aparılmır.

Bu səbəbdən, Qoretskanın gələn mövsüm “Bayern”də qalması real görünmür. Münhen təmsilçisi artıq onun yerini doldura biləcək gənc istedadlar üzərində axtarışlara başlayıb.

Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 19 matçda iştirak edib.

30 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti