“Bayern”in müdafiəçisi Saşa Boe qış transfer pəncərəsində klubu tərk edə bilər.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu 25 yaşlı fransalı üçün ən azı 15 milyon avro təklif alacağı təqdirdə, onu buraxmağa hazırdır.
Boe ilə “Kristal Pelas”ın maraqlandığı bildirilir. Lakin İngiltərə klubu onu icarəyə götürməyə üstünlük verir.
Boe 2024-cü ildə “Bayern”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və bir məhsuldar ötürmə verib.
Onun klubla müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir. “Transfermarkt” Baenin dəyərini 18 milyon avro qiymətləndirir.

