Hazırda Avropanın top-klublarının hədəfindədir - 19 yaşlı yarımmüdafiəçi

28 Noyabr 2025 22:00 Almaniya 947
Hazırda Avropanın top-klublarının hədəfindədir - 19 yaşlı yarımmüdafiəçi

“Leyptsiq”in yarımmüdafiəçisi Assan Uedraoqo bu mövsüm göstərdiyi parlaq oyunla Avropanın bir sıra top-klublarının diqqətini cəlb edib.

19 yaşlı futbolçu yaxınlarda Almaniya millisindən dəvət alaraq yüksəlişini davam etdirir.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunu “Liverpul”, “Arsenal”, “Barselona” kimi klublar yaxından izləyir.

“Bayern” isə onu hələ gənclik akademiyası dövründən nəzarətdə saxlayır. Maraqlananlar sırasına son günlər “Mançester Yunayted” və “Çelsi” də qoşulub.

“Leyptsiq” perspektivli oyunçusunu 100 milyon avro dəyərində qiymətləndirir. O, cari Bundesliqa mövsümündə 11 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti