Adı “Barselona” ilə hallanan hücumçu: "Tələsmirik”

26 Noyabr 2025 00:00 Almaniya 1 096
Adı “Barselona” ilə hallanan hücumçu:

“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn “Barselona”ya keçəcəyi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard heç kimlə əlaqə saxlamadığını deyib:

“Heç kimlə əlaqə saxlamamışam, mənimlə heç kim danışmayıb. Hazırkı vəziyyətdən çox məmnunam.

Hələ “Bayern”lə gələcək mövzumuzu müzakirə etməmişik. Tələsmirik. Münhendə çox xoşbəxtəm və bu, oyunuma da təsir edir.

Əlaqə olarsa, o zaman baxarıq. Amma hələlik növbəti mövsümü düşünmürəm.

Qarşımızda yayda dünya çempionatı var və bu mövsümün sonunda çox şey dəyişməyəcək”.

32 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 24 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM