“Qarabağ”ın yeni rəqibi qayda pozuntularına yol verdi, UEFA 11000 avro cərimə kəsdi

13:10 Almaniya 97
“Qarabağ”ın yeni rəqibi qayda pozuntularına yol verdi, UEFA 11000 avro cərimə kəsdi

UEFA “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayntraxt”ı (Frankfurt, Almaniya) cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin “Liverpul”la matçda qayda pozuntularına yol verməsi olub.

“Ayntraxt” ictimai keçidlərin bağlanmasına görə 11000 avro ödəyəcək.

Klub irotexniki vasitələrdən istifadəyə görə 10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro cərimələnib.

“Qarabağ”la “Ayntraxt” arasında matç 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!