“Mançester Yunayted”lə danışıq aparıb - Kərimin agenti

21 Noyabr 2025 01:40 Almaniya 945
“Mançester Yunayted”lə danışıq aparıb - Kərimin agenti

Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi yayda klubunu dəyişməyə hazırlaşır.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, 23 yaşlı forvard böyük ehtimalla, Dortmund təmsilçisindəki son mövsümünü keçirir və artıq karyerasını davam etdirmək üçün müxtəlif variantları araşdırır.

Yaxın günlərdə almaniyalı oyunçunun agenti “Mançester Yunayted”lə danışıqlar aparıb. Bundan əlavə, “İnter” də Adeyemi haqda məlumat toplayıb və onunla maraqlanan klublar sırasına qoşulub.

Adeyemi cari mövsümdə bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti