Onu “Bayern”ə yox, “Barselona”ya satmaq istəyirlər

21 Noyabr 2025 01:30 Almaniya 818
Onu “Bayern”ə yox, “Barselona”ya satmaq istəyirlər

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun transferi ilə “Barselona” və “Bayern” ciddi şəkildə maraqlanır.

Leverkuzen klubu ispaniyalı oyunçunu Münhen təmsilçisinə satmaq istəmir. Ancaq Qrimaldo İspaniyaya qayıtmaq qərarı verərsə, “Bayer” onun gedişinə mane olmayacaq.

Qrimaldonun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. “Barselona”nın yetirməsi olan futbolçu dəfələrlə La Liqada karyerasını başa vurmaq istədiyini açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti