Frankfurt “Ayntraxt”ının müdafiəçisi Nataniel Braun “Real”ın və “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Hər iki klub 22 yaşlı futbolçunun çıxışını yaxından izləyir. Braun bu ilin oktyabrında Almaniya millisində debüt edib və performansı ilə diqqət çəkib.
“Ayntraxt” 2024-cü ildə Braunu “Nürnberq”dən 3 milyon avroya transfer etmişdi. Klub hazırda onun dəyərinin bu məbləğin ən azı on qatına yüksəldiyini düşünür.
Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Frankfurt klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
“Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

