“Bayern”in idman direktoru Kristof Fround komandanın müdafiəçisi Dayo Upamekano ilə bağlı yayılan transfer şayiələrinə münasibət bildirib.
Son günlər mediada 26 yaşlı futbolçunun “Real”a azad agent kimi keçməyə şifahi razılıq verdiyi barədə məlumatlar yer alıb.
Onun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq və tərəflər hələ də yeni sözləşmə imzalamayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi məsələ ilə bağlı “Bayern”in mövqeyini açıqlayıb:
“Biz Upamekano ilə yeni müqavilə barədə danışıqlar aparırıq. O, “Bayern”də özünü çox rahat hiss edir.
Başqa klubların marağı təbiidir, amma bizim məqsədimiz onun komandada qalmasıdır”.
Fransalı futbolçu 2021-ci ildən “Bayern”də çıxış edir.

