“Bayern”in sabiq qapıçısı və klub rəhbərliyinin keçmiş üzvü Oliver Kan müdafiəçi Niko Şlotterbekin Münhen təmsilçisinə baş tutmayan transferi barədə danışıb.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, “Bayern”in Şlotterbeklə hələ onun “Frayburq”da çıxış etdiyi vaxt maraqlandığını bildirib.
Ancaq həmin dövrdə gənc futbolçu gələcəyi ilə bağlı qərar verməli olub və nəticədə, Dortmund “Borussiya”sı onun transferini reallaşdırıb:
“Bəli, “Bayern” Şlotterbeki ala bilərdi. O zaman o, “Frayburq”da idi və gələcəyinə dair qərar verməli idi. Biz isə o vaxt başqa namizədə yönəldik, çünki Niko hələ çox gənc idi”.
25 yaşlı müdafiəçiyə hazırda “Bayern”in yenidən maraq göstərdiyi iddia olunur. Dortmund klubu isə onunla müqavilənin müddətini uzatmaq niyyətindədir.

