COP29

Mahir Emreli 2025-ci ilin ilk günlərini harada və necə keçirəcək?

25 Dekabr 2024 02:50 Almaniya 601
Mahir Emreli 2025-ci ilin ilk günlərini harada və necə keçirəcək?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"in təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisi rəsmi saytında məlumat yayıb.

Kollektiv yanvarın 4-də klubun bazasında bir araya gələcək. Bir gün sonra start götürəcək hazırlıq prosesi 7 gün davam edəcək.

Komanda yanvarın 12-də iki yoxlama matçı ilə toplanışa yekun vuracaq.

"Nürnberq" II Bundesliqada 17 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...